İstirahət günlərində Azərbaycanda 7 nəfər bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhər sakini Çinarə İsayeva dərmandan zəhərlənək ölüb.
Qubada isə rayon sakini Fərid Qədirov “Qudlayçay” çayına düşüb. Onun həyatını qurtarmaq mümkün olmayıb. F.Qədirovun meyiti çaydan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Ağsuda da bədbəxt hadisə qeydə alınıb. Bozavand kənd sakini Elmar Həsənov işlədiyi Qaraqaşlı kəndindəki tikilidə yıxılıb. O, hadisə yerindəcə keçinib.
Bundan başqa Nəsimi rayonunda kişi meyiti tapılıb. H.Aslanov küçəsində aşkarlanmış meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Meyitin 35-40 yaşlı kişiyə məxsus olduğu bildirilir. Hazırda ölən şəxsin kimliyini müəyyən etmək məqsədi ilə iş aparılır.
Bazar günü Binəqədi rayonunda da bədbəxt hadisə ölümlə nəticələnib. Abbas Qələndərov yaşadığı evin hamam otağında ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Goranboyda isə rayon sakini Vüqar Abbasov elektrik cəryanı vurması nəticəsində vəfat edib.