Abşeron rayonunda bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 16-da Abşeron rayonunun Qobu qəsəbə sakini 3 yaşlı Ağa Ağayev həyətlərindəki su hovuzuna düşərək boğulub.
Daha uşaq ölümü Bakının Nərimanov rayonunda qeydə alınıb. Martın 17-də rayonun Əliyar Əliyev küçəsi ev 67, mənzil 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 2008-ci il təvəllüdlü Səid Fətəliyev dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla əlaqədar araşdırma aparılır.