Azərbaycanda 15 yaşlı qızı ilan sancıb
30 avqust 2014 10:19 (UTC +04:00)

Azərbaycanda 15 yaşlı qızı ilan sancıb

Şəkidə 15 yaşlı qızı ilan sancıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Şorsu kəndində baş verib.

 

1999-cu il təvəllüdlü Aygün Elyar qızı Dəmirova yaşadığı evin həyətyanı sahəsində gəzərkən onu qəfildən ilan sancıb. O, dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

 

Şəki MRX-dan APA-ya verilən məlumata görə, ilan Aygün Dəmirovanın sol ayaq nahiyəsindən  sancıb. Ona lazımi tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-stabil hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1357
avatar

Oxşar yazılar