Azərbaycana piyada gələn şəxsdən heroin götürüldü
17 iyun 2016 15:29 (UTC +04:00)

Azərbaycana piyada gələn şəxsdən heroin götürüldü

0

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və qanunvericiliyin tələblərinə müvafiq olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

 

Lent.az Gömrük komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı onun daxili orqanlarından xalis çəkisi 4.537 qram olan narkotik vasitə heroin və xalis çəkisi 1.160 qram olan psixotrop vasitə metafetamin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 233

Oxşar yazılar