Azərbaycana gələn şəxsdən metadon götürülüb
24 may 2016 11:15 (UTC +04:00)

Azərbaycana gələn şəxsdən metadon götürülüb

0

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn şəxsdən qadağan edilmiş dərman həbləri götürülüb.

 

Lent.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İran İslam Respublikası vətəndaşının əşyaları gömrük nəzarətindən keçirilən zaman üzərində “Merazole Omeprazole 20”  yazısı olan 1 ədəd şüşə dərman qabı gömrükçülərin diqqətini cəlb edib. Yoxlama zamanı həmin dərman qabının içərisindən üzərində yazılandan fərqli olaraq gömrük nəzarətinə düzgün bəyan olunmayan 8 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, narkotik vasitələrin”in  II  Siyahısına daxil olan metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb. Qeyd edək ki, 8 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar