APA-nın məlumatına görə, bunu «Arms-TASS» agentliyinə açıqlamasında «Oboronekspo-2014» sərgisində Rusiyanın Maşınqayırma Konstruktor Bürosunun nümayəndəsi Georgi Kuzık bildirib.
Yeni zenit-raket kompleksi (ZRK) köhnəlmiş «Strela-10» ZRK-lərin əvəz edilməsi üçün yaradılıb. Yaxın vaxtlarda sistemin seriyalı istehsalına başlanılacaq.
Yeni ZRK-də «Strela-10» kimi MT-LB maşınlarının şassisi üzərində yerləşir. Sistemin silahlanmasında «İqla-S» raketləri tətbiq olunur.
«Luçnik-E» ZRK-lərə Azərbaycanla yanaşı, Türkmənistan və Qazaxıstan da marağını ifadə edib.