Rusiya Federasiyasının iki təyyarəsi Yəməni tərk etmək istəyən 118 vətəndaşı Moskvaya gətirib. Lent.az-ın Rusiya mətbuatına görə, 118 nəfərin 17-si uşaq olub. Təxliyə olunanları 42-si Özbəkistan və Yəmən vətəndaşıdır. Onların içində Rusiya, Ukrayna, Moldova, Efiopiya və bir Azərbaycan vətəndaşı olub. Uçuş zamanı vətəndaşları həkimlər və psixoloji yardım göstərmək üçün psixoloqlar müşayiət ediblər.