Prezident İlham Əliyev mayın 25-də Bakıda Ağ Şəhər bulvarının təməlqoyma mərasimində iştirak edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı bulvarın layihəsini əks etdirən stendə baxıb. Azərbaycan prezidentinə görüləcək işlər barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyev Ağ Şəhər bulvarının təməlini qoyub.
Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.