Azərbaycan ordusunun zabiti şəhid oldu
27 sentyabr 2014 14:03 (UTC +04:00)

Azərbaycan ordusunun zabiti şəhid oldu

Sentyabrın 27-də saat 10.25 radələrində Ermənistan silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

 

Lent.az-ın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.

 

A. Baxışlı 1991-ci ildə Hacıqabul rayonunda anadan olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara səbr diləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4837
avatar

Oxşar yazılar