Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.