Azərbaycan Ermənistanın təxribatı ilə bağlı ATƏT PA-nın prezidentinə müraciət edib
03 sentyabr 2014 12:01 (UTC +04:00)

Azərbaycan Ermənistanın təxribatı ilə bağlı ATƏT PA-nın prezidentinə müraciət edib

Ermənistanın avqust ayının əvvəlində Azərbaycanla təmas xəttində törətdiyi təxribatla bağlı ATƏT Parlament Assambleyasının (PA) rəhbəri İlkka Kanervaya müraciət olunub.

 

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, müraciəti Azərbaycan adından o edib.

 

Müraciətdə assambleyadan bu təxribatla bağlı qurumun konkret münasibət bildirməsi istənilir: “Yazılı müraciətdən əlavə, bizim intensiv telefon danışıqlarımız da oldu. Qurumun prezidenti cavab məktubunda bizə bildirdi ki, bu məsələnin onlar tərəfindən ciddi diqqət mərkəzində olduğunu vurğulayıb, bununla bağlı ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin münasibətini xatırladaraq fəaliyyətlərində diqqətdə saxlayacaqlarını bildirib”.

 

B.Muradova onu da qeyd edib ki, Ermənistanın cəbhədəki təxribatı məsələsi birmənalı olaraq ATƏT PA-nın Cenevrədə keçiriləcək payız sessiyasında da qaldırılacaq.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar