Azərbaycan daha bir medal qazandı
21 iyun 2015 11:01 (UTC +04:00)

Azərbaycan daha bir medal qazandı

0

Bu gün Bakı-2015 I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlara yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 4 növdə mükafatçıları müəyyənləşdirəcək idmançıların yarışında fərdi mübarizəyə yekun vurulub.

 

Qadınlar və kişilərin fərdi çıxışlarında final mərhələsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.

 

Kişilərin yarışında çıxış edən İlya Qrişunin 58,765 xalla 3-cü olub. Bununla da bürünc medal qazanan təmsilçimiz Azərbaycanın 34-cü medalını rəsmiləşdirib.

 

O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.

 

Eyni vaxtda keçirilən qadınların yarışında çıxış edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 197

Oxşar yazılar