Azadlıq prospektində maşınla qadını vurub qaçdılar
11 fevral 2016 13:15 (UTC +04:00)

Azadlıq prospektində maşınla qadını vurub qaçdılar

0

Binəqədi rayonu ərazisində, Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 10-da saat 20 radələrində Binəqədi rayonunun Azadlıq prospektində naməlum markalı taksi avtomobili ilə digər naməlum markalı avtomobilin toqquşması nəticəsində taksidə olan sərnişin, Bakı şəhər sakini Sayad Salmanova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

 

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar