Bakıda yoxa çıxan şəxslər Moskva və İstanbulda tapıldı
16 dekabr 2014 12:51 (UTC +04:00)

Bakıda yoxa çıxan şəxslər Moskva və İstanbulda tapıldı

0

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxslər barədə yeni məlumatlar əldə edilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 3-də itkin düşən Nizami rayonu R.Rüstəmov küçəsində yaşayan, 1974-cü il təvəllüdlü Rasim Hüseynov Rusiya Federasiyasının Moskva şəhərinə, dekabrın 8-də R.Teymurov küçəsində yaşayan, 1989-cu il təvəllüdlü Ələkbər Təhməzovun Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi müəyyən olunub.

 

Hər iki şəxs ətrafında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar