Avtomobillərdən oğurluq edən keçmiş məhkum saxlanıldı
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, mayın 15-də məhdud məsuliyyətli cəmiyyətlərdən birinə məxsus 3 avtomobildən ümumi dəyəri 650 manat olan ehtiyyat hissələrinin oğurlanması ilə bağlı Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumatla bağlı Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qismət Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib və oğurlanan ehtiyyat hissələri maddi sübut kimi götürülüb.
Ətraflarında aparılan araşdırmalar nəticəsində Q.Süleymanovun digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxs müxtəlif vaxtlarda 3 ədəd kanalizasiya borusunu və vətəndaşa məxsus yük avtombilindən ehtiyyat hissələrini oğurladığı məlum olub.
Faktlarla bağlı Kürdəmir rayon Polis Şöbəsi İstintaq bölməsində araşdırma aparılır
543