Avtomobili kəsib, sürücünün cəsədini çıxardılar
21 aprel 2013 11:15 (UTC +04:00)

Avtomobili kəsib, sürücünün cəsədini çıxardılar

0

Bakıda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnmiş yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 

Qəza nəticəsində maşının sürücüsü, 1986-ci il təvəllüdlü Ruslan Oqtay oğlu Əhmədov ölüb, onun sərinişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hadisə yerinə dərhal FHN-nin xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sürücünün avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4946

Oxşar yazılar