Avtomobildən külli miqdarda pul oğurlandı
05 avqust 2019 12:49 (UTC +04:00)

Avtomobildən külli miqdarda pul oğurlandı

0
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən (DİN) Lent.az-a verilən məlumata görə, avqustun 3-də gecə saat 1 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Cəbibəyliyə məxsus BMW markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 4800 manat, 4300 dollar və 1100 avro pul oğurlanıb.
 
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar