Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Göytəpə qəsəbəsində meyvə-tərəvəz mağazasının qarşısında 37 yaşlı Mürsəlov Mirqoşqar Mirşamil oğlu bıçaqlanıb.
Bildirilir ki, Biləsuvar rayonunda qohumlarının toyundan qayıdan Göytəpə qəsəbə sakini, Mirqoşqar Mürsəlov avtomobili ilə mağazanın qarşısından keçərkən satıcı Ramal Bağırovun yola səpdiyi su onun avtomobilinin içinə tökülüb. Avtomobili saxlayan sürücü ilə satıcı arasında mübahisə əlbəyaxa davaya səbəb olub. Bu zaman qarın və baş nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alan Mirqoşqar Mürsəlov yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hazırda onun vəziyyətini həkimlər orta ağır qiymətləndirir.
Faktla bağlı araşdırmalar aparılır.