Sentyabrın 1-də saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Murad Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Fariz Həsənovu vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, piyada hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa Sentyabrın 2-də saat 01 radələrində Qobustan rayonunun Bədəlli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Daha bir ölümlə nəticələnən qəza Avqustun 29-da saat 22 radələrində Binəqədi rayonu ərazisində olub. Belə ki, Bakı şəhər sakini Orxan Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Sona İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 1-də orada ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.