Avtobus 54 yaşlı qadını vurdu
11 aprel 2019 08:58 (UTC +04:00)

Avtobus 54 yaşlı qadını vurdu

0
 
Bakının Xəzər rayonunda sərnişin avtobusu piyadanı vurub.
 
ONA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.
 
Belə ki, həmin ərazidə yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Əliyeva Elmira Ayıl qızını 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu deyilir.
 
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar