Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti “Atletlər kəndi”də avstriyalı idmançıların avtobusla vurulması ilkə nəticələnən qəza barədə növbəti məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, qəza baş verən gün qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet rortallarına yerləşdirilib. Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi və onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub. Ciddi xidməti qəbahətə yol vermiş rolis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.
Xidməti araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də I Avrora Oyunlarının «Atletlər kəndi»nin nəqliyyat deposunda «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq riyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən Avstriyanın yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirib. Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törətmiş avtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilərək istintaq ararılır.