Bakıda avaralıq və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 62 nəfər saxlanılaraq Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.
Saxlanılanlardan 17-si qadın, 6-sı kişi, 29-u isə azyaşlıdır.