Astaradakı dəhşətli qəza ilə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
14 may 2016 12:53 (UTC +04:00)

Astaradakı dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

0

Daxili İşlər Nazirliyi Astarada baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, mayın 13-də Astara rayonunun Çayoba kəndində Xaçmaz rayon sakini Vüsal Xudaverdiyevin idarə etdiyi “KamAZ” və Astara rayon sakini Qalib Əliyevin idarə etdiyi “Mercedes-Benz” markalı (mikroavtobus) avtomobillər toqquşub, hər iki avtomobil aşıb, V. Xudaverdiyev hadisə yerindən qaçıb.

 

Nəticədə Q. Əliyevin sərnişinlərindən rayon sakinləri Yeganə Əliyeva və Ramil Quliyev hadisə yerində ölüb, digər 9 sərnişini xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  V. Xudaverdiyev tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar