Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Bəhruz Qulamovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə avqustun 12-də axşam saatlarında Ərçivan-Şüvi şose yolunda qeydə alınıb.
Rayonun Şüvi kənd sakini, 1955-ci il təvəllüdlü Vaqif Bahaddin oğlu Sadıqovun idarə etdiyi “Geely” markalı, “90 NA 502” dövlət nömrə nişanlı minik avtomobili Astaranın Ərçivan kənd sakini, 1960-cı il təvəllüdlü Şıxəli İbrahim oğlu Əfzəlovun idarə etdiyi “VAZ-21099” markalı, “10 DF 869” dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Güclü zərbə nəticəsində “VAZ-2109”-un sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.