Astara rayon sakini dağdan yıxıldı
14 avqust 2015 02:54 (UTC +04:00)

Astara rayon sakini dağdan yıxıldı

0

Avqustun 13-də gecə saatlarında Astara rayonunun Sipyəpard kənd sakini, 1973-cü il təvəllüdlü Aydın Bəhmən oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib. Xəstənin yaxınlarının APA-nın cənub bürosuna verdikləri məlumata görə, 3 uşaq atası olan Aydın ehtiyatsızlıq səbəbindən dağdan yıxılaraq dərəyə yuvarlanıb. Nəticədə onun bədəninin müxtəlif nahiyələri əzilib. MRX-nin travmatologiya şöbəsinə yerləşdirilmiş xəstəyə lazımi tibbi yardım göstərilib.

 

Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar