Vəkil Aslan İsmayılv bu gün Daxili İşlər Nazirliyinə çağırılıb. Bu barədə vəkilin özü şəxsi feysbuk səhifəsində yazıb. Vəkil qeyd edib ki, ona Daxili İşlər Nazirliyi Katibliyinin rəis müavini Fərman adlı şəxsdən zəng gəlib və DİN rəhbərliyi ilə görüşə gəlməyini xahiş edib.
Qeyd edək ki, son günlərdə Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağırılması, orada fiziki təzyiqlərə məruz qoyulması barədə məlumatlar yayılıb. Aslan İsmayılov bununla bağlı mətbuatda çıxış edib.