Xanımının yoxluğuna dözə bilməyən kişi özünü öldürdü<span style="color:red;"> - TƏFƏRRÜAT
18 sentyabr 2014 16:03 (UTC +04:00)

Xanımının yoxluğuna dözə bilməyən kişi özünü öldürdü - TƏFƏRRÜAT

Sentyabrın 17-də özünü yaşadığı evdən asan Quba sakini, 54 yaşlı İmran İsgəndərovun intihar səbəbi məlum olub. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, İ. İsgəndərovun Fəridə İsgəndərova 2 il əvvəl vəfat edibm.

 

Quba rayon Prokurorluğundan verilən məlumata görə, həyat yoldaşının ölümünə dözə bilməyən iki oğul atası sonda intihar etmək qərarına gəlib. O, ölümündən əvvəl oğullarına məktub da yazıb. Məktubda “Fəridəsiz yaşaya bilmirdim" ifadəsi qeyd olunub.

 

Qeyd edək ki, biri 26, digəri 24 yaşında olan İ.İsgəndərovun hər iki oğlu subaydır.

 

Faktla bağlı cinayət işi açılıb.

 

 

 

*** 

 

10:30

 

Quba rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Quba rayon sakini, 1960-cı il təvəllüdlü İmran İsgəndərov yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

 

Hər iki faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2480
avatar

Oxşar yazılar