ARDNŞ DSX-nın hərbi qulluqçularını mükafatlan­dırdı
29 oktyabr 2013 19:19 (UTC +04:00)

ARDNŞ DSX-nın hərbi qulluqçularını mükafatlan­dırdı

0

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Apa­ra­tında Xəzər dənizinin “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyu­da qəza nəticə­sində baş vermiş yanğının qarşı­sı­nın alınmasında fərqlənmiş DSX hərbi qulluqçularının Azər­baycan Res­pub­likası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən mükafatlan­dırılması mərasimi keçirilib.


 

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə DSX rəisi, Sərhəd Qoşunla­rı­­nın Koman­danı, general-leytenant Elçin Quliyev, ARDNŞ prezidenti Rövnəq Abdullayev və DSX-nın şəxsi heyəti iştirak edib.

 

Avqustun 23-26-da baş vermiş yanğının üzmə vasitələrinə quyu­ya yaxınlaşmağa imkan vermədiyi, yüksək ha­va hərarəti və hədə­fin görünməzliyi şəraitin­­də açıl­mış sərrast atəşlər nəticəsində qu­yunun ağzının yan­ğının söndürül­məsinə im­kan ver­məyən avadanlıqlardan təmizlənilmə­si, bu tap­şı­rığın yerinə yetirilməsində DSX-nın şəxsi heyətinin yük­sək peşəkarlıq, mə­ha­rət və fədakarlıq nümayiş etdirməsi, nəticə etibarilə Xəzər dəni­zinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miq­darda ziya­nın qarşısının alınması ARDNŞ rəhbərliyi tərəfindən xüsusi qeyd olunub.

 

DSX-nın 17 hərbi qulluqçusu ARDNŞ-in fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1948

Oxşar yazılar