Saatlı sakini faciəvi şəkildə ölüb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə avqustun 20-də rayonunun Mollavaizli kəndində baş verib. Kənd sakini Xalid Alışov Araz çayının yaşadığı kəndin ərazisindən keçən hissəsində çimərkən boğulub. Meyit sudan çıxarılıb.