Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 28-də Aynurə Zeynalovaya məxsus gözəllik salonundan oğurluq etmiş Gəncə şəhər sakini Nikolay Miroşiçenko və Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Şahmurad Xudaverdiyev tutulub. Ətraflarında aparılmış tədbirlərlə onların yanvarın 16-da daha bir aptekdən və şirniyyat evindən oğurluq etmələri də müəyyən edilib.
Araşdırma davam etdirilir.