Andronikin şəkli Montindəki pubdan götürüldü
07 aprel 2015 14:40 (UTC +04:00)

Andronikin şəkli Montindəki pubdan götürüldü

Bakının Nərimanov rayonu, Montin qəsəbəsi, Arif Heydərov küçəsi, 23 ünvanında yerləşən “Montinburg” pubunda asılmış erməni cəlladı Andronikin portreti götürülüb. Lent.az-ın vesti az-a istinadən məlumatına görə, yuxarıdakı ünvanda yerləşən pivə barı öz nişanına Andranikin şəklini vurmuşdu.

Bu gün sosial şəbəkələrdə və saytlarda gedən yazılardan sonra Nərimanov rayon RPİ 18-ci polis bölməsinin əməkdaşları həmin ünvana gələrək pubdan Andronikin şəklini  yığışdırıblar. Pubu hazırda işlədən Ramin adlı şəxsin qafqazinfo-ya dediyinə görə, hələ iki il əvvəl bu pubu alarkən həmin foto orada olub və onun altında Pyotr Nikodimoviç Montinin adı yazılıb. 

Sahibkar bildirib ki, portretin həmin şəxsə aid olduğunu düşünüb və yerləşdiyi ərazinin də adına uyğun olduğu üçün onu götürməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar