Bu gün qardaşının toyu olmalı idi, dünən 3 nəfəri güllələdi
10 sentyabr 2014 10:20 (UTC +04:00)

Bu gün qardaşının toyu olmalı idi, dünən 3 nəfəri güllələdi

Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən güllələnmə hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə sentyabrın 9-da axşam saatlarında Ağdaşın Qaraoğlan kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Mollayev Nəsrəddin Asim oğlu ilə qonşusu, 44 yaşlı Bayramov Azər Əziz oğlu arasında dava düşüb. İlkin məlumata görə, qonşular arasında münaqişəyə Azərin inəklərinin kol-koslu çəpərdən Nəsrəddinin həyətinə keçməsi səbəb olub. Dəfələrlə belə halın baş verməsi sonda qonşular arasında qanlı davaya səbəb olub. Nəsrəddin Mollayev evindəki ov tüfəngini götürərək qonşusu Azər Bayramovu güllələyib. Dava zamanı onları sakitləşdirmək istəyən Nəsrəddin Mollayevin anası, 44 yaşlı Mollayeva Gülzar Fərman qızı və əmisinin arvadı, 53 yaşlı Mollayeva Simuzər Şiralı qızı da güllə yarası alıb. Yaralıların hər üçü Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisəni törədən Nəsrəddin Mollayev tutularaq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin işçisi olan Nəsrəddin Mollayevin qardaşının bu gün toy mərasimi olacaqdı. 

  

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

*****

 

20:33

 

Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən güllələnmə hadisəsi baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında Ağdaşın Qaraoğlan kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Mollayev Nəsrəddin Asim oğlu ilə qonşusu 1970-ci il təvəllüdlü Bayramov Azər Əziz oğlu arasında dava baş verib. Məlumata görə iki qonşu arasında münaqişəyə səbəb Azərin inəklərinin kol-koslu çəpərdən Nəsrəddinin həyətinə keçməsi səbəb olub. Dəfələrlə bu halların baş verməsi sonda qonşular arasında qan davasına səbəb olub. Nəsrəddin Mollayev evindəki ov tüfəngini götürərək qonşusu Azər Bayramovu güllələyib. Hadisə şahidlərinin verdiyi məlumata görə     dava zamanı onları sakitləşdirmək istəyən Nəsrəddin Mollayevin anası, 1970-ci il təvəllüdlü Mollayeva Gülzar Fərman qızı və əmisinin arvadı 1961-ci il təvəllüdlü Mollayeva Simuzər Şiralı qızı da güllə yarası alıb. Yaralıların hər üçü Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisəni törədən Nəsrəddin Mollayev tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-muhafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4723
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21