Anasına 102 bıçaq vuran qatil...cəzadan narazı qalıb
23 mart 2015 18:48 (UTC +04:00)

Anasına 102 bıçaq vuran qatil...cəzadan narazı qalıb

0

Bakı Apellyasiya Məhkəməsində anasını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Mürsəl Dünyamalıyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 2-nə təyin edilib.

 

Qeyd edək ki, M. Dünyamalıyev 2013-cü il dekabrın 18-də anası Cəmilə Dünyamalıyevaya 102 bıçaq zərbəsi vuraraq qətlə yetirib. O, daha sonra könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək təslim olub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar