Anası tərəfindən zəhərləndiyi deyilən 3 yaşlı uşaqla bağlı <span style="color:red;">YENİ XƏBƏR  - <span style="color:red;">Cinayət işi   - <span style="color:red;">YENİLƏNİB
14 oktyabr 2019 13:22 (UTC +04:00)

Anası tərəfindən zəhərləndiyi deyilən 3 yaşlı uşaqla bağlı YENİ XƏBƏR - Cinayət işi - YENİLƏNİB

Prokurorluq araşdırmaya başlayıb.
 
Şamaxı rayon hüquq-mühafizə orqanlarından Lent.az-a verilən xəbərə görə, 3 yaşlı Cəlal Rəhimovun zəhərlənməsi ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb. Verilən məlumatda, onun anası tərəfindən ehtiyatsızlıqdan zəhərlənib-zəhərlənmədiyi barədə dəqiq informasiya olmadığı bildirilib. Lakin faktla əlaqədar hələ ki, heç kəs idarə və ya şöbəyə dəvət edilməyib. Bu da uşağın ailə üzvlərinin Bakıda xəstəxanada olması ilə əlaqələndirilir.
 
saat: 10:21
 
Şamaxıda zəhərlənən 3 yaşlı uşağın vəziyyəti hələ də ağırdır.
 
1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun Lent.az-a verdiyi məlumata görə, azyaşlının səhhətində hər hansı irəliləyiş əldə olunmayıb. Baş həkim bizİmlə söhbətində bildirdi ki, uşağın anası tərəfindən qəsdən və ya ehtiyyatsızlıqdan zəhərlənməsi hələ dəqiqləşdirilməyib. 
 
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, hadisə bu gün səhər saatlarında Şamaxıda baş verib. Belə ki, 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu zəhərlənib. Uşağın vəziyyəti ağır olduğundan onu təcili Bakıya, 1 saylı şəhər kliniki xəstəxanasına gətiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1925
avatar

Mehman Nəbiyev

Oxşar yazılar