Evdən qaçan ana və qızı tapıldı - YENİLƏNİB
Ucar rayonunda evdən qaçan ana və qızı tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan Lent.az-a məlumat verilib.
Məlumatda bildirilir ki, oktyabrın 2-də səhər saat 10 radələrində evdən çıxıb bir daha geri qayıtmayan Ucar rayonu, Qaracallı kənd sakini Samirə Xəlilova və qızı Zəhra Xəlilova tapılıb. Lent.az-a daxil olan xəbərə əsasən, Samirə Xəlilova 3-4 gün bundan əvvəl özü könüllü şəkildə Ucar Rayon Polis İdarəsinə gəlib. Buna səbəb isə, onun evdən qaçması ilə bağlı mediada məlumatların dolaşması olub. Polisə könüllü şəkildə gələn Samirə Xəlilova bu müddət ərzində harada qalması ilə bağlı məlumat verməyib.
03:10:2019
saat: 13:29
Ucar rayon Qaracallı kənd bələdiyyəsindən Lent.az-a verilən məlumata görə, kənd sakini Samirə Xəlilovanın evdən qaçması şəxsi münaqişələr səbəb olub. Samirə Xəlilova evdə baş verən ailədaxili münaqişələrdən əsəbləşərək qızı Zəhra Xəlilovanı da götürüb evdən çıxıb.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən Şirvan Regional qrupundan Lent.az-a verilən məlumata görə, faktla bağlı araşdırma və axtarış tədbirləri davam edir, lakin onların yeri hələ də müəyyənləşdirilməyib. Polisdən bir daha bildirdilər ki, Samirə Xəlilova və qızını görənlərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Ucar rayon Polis Şöbəsinə 020-213-00-53 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Xatırladaq ki, Ucar rayon Qaracallı kənd sakini Samirə Xəlilova dünən saat 10-da qızı Zəhra Xəlilovanı da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.
3780