Ana oğluna pendirin içində telefon gətirdi
07 oktyabr 2014 16:06 (UTC +04:00)

Ana oğluna pendirin içində telefon gətirdi

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saytına istinadən məlumatına görə, 11 saylı cəzaçəkmə müəssisəsində Cinayət Məcəlləsinin 371-2.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Əli Ərrəhman oğlunun yanına qısamüddətli görüşə gələn anası, Naxçıvan sakini İsmayılova Səadət Arif qızının görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

 

Fakt  üzrə araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129
avatar

Oxşar yazılar