Cəzaçəkmə müəssəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin saytına istinadən məlumatına görə, 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Ceyhun Ələkbər oğlu İsgəndərovun yanına qısamüddətli görüşə anası Ağdam rayonu sakini Zöhrə Axundova gəlib. Petensiar Xidmət əməkdaşları tərəfindən Z.Axundovanın üzərinə və əşyalarına baxış keçirilən zaman gətirdiyi tortun kartonunda xüsusi üsulla su çöpünün içərisinə yerləşdirilərək gizlədilən xalis çəkisi 0,484 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.