ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftənin əvvəlində Azərbaycana gələcək.
ABŞ-ın Azərbaycandakı səfirliyindənAPA-ya verilən xəbərə görə, həmsədr qısamüddətli səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın əvvəlində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərinin davamı, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məqsədilə bölgəyə səfər etməyi planlaşdırırlar.