APA-nın xəbərinə görə, bunu hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.
Ə. Novruzov bildirib ki, yanğın barədə məlumat saat 10.31 də daxil olub.
Onun sözlərinə görə, yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb. Dərhal hadisə yerinə Xətai rayonu və “Neftayırma” Zavodunun Yanğından Mühafizə hissələrinin şəxsi heyəti cəlb edilib.
Ə. Novruzov qeyd edib ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən ofislərin birində qeydə alınıb və 30 kv.m ərazini əhatə edib. Yanğın zamanı dördüncü mərtəbənin şaxtasında olan kabellərin izolyasiyası alışıb: ”Yanğının söndürülməsi zamanı istifadə edilən su 2 saylı “ASAN Xidmət” Mərkəzinin ofisinə ziyan vurub. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.