Akkumulyator, qoyun, qızıl oğruları saxlanılıb
17 avqust 2016 16:27 (UTC +04:00)

Akkumulyator, qoyun, qızıl oğruları saxlanılıb

0

 


 

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri akkumulyator oğrusu  tutulub.

 

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə,  iyunun 23-də Bakı şəhər sakini Əlizamin Ağayevə məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən həmyerlisi Kənan Mustafayev ələ keçib.

 

 

Bundan başqa, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon sakini Elgiz Yusibova məxsus 7 baş qoyunu oğurlamaqda şübhəli bilinən həmyerliləri Allahverdi Adıgözəlov və Elxan Babayev ələ keçib.

 

Avqustun 11-də Bakı şəhər sakini Leyla Şahbazovaya məxsus evdən 9.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Baxşıyev isə Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar