Akif Muradverdiyevin həbs müddəti uzadıldı
18 oktyabr 2013 18:32 (UTC +04:00)

Akif Muradverdiyevin həbs müddəti uzadıldı

Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev barəsində olan həbs-qətimkan tədbirinin müddəti uzadılıb.


 

Bu barədə APA-ya açıqlamasında A. Muradverdiyevin vəkili Rəşad Mirmehdizadə bildirib.

 

R. Mirmehdizadə istintaq orqanın vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən A. Muradverdiyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 1 ay uzadıldığını deyib.

 

A. Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

 

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar