Akademik Çingiz Qacar: "O qız diz çökərək əllərimi öpdü"
06 avqust 2013 14:40 (UTC +04:00)

Akademik Çingiz Qacar: "O qız diz çökərək əllərimi öpdü"

Dünən Bakıda alimin evindən edilmiş qarətin təfərrüatları məlum olub.

Fizika institutunun direktoru, akademik Çingiz Qacarın mənzilindən seyfin oğurlanmasından sonra şübhələr daha da artıb. Şübhəli şəxs qismində evdə işə götürülmüş dörd qadın nəzarətə alınıb. 

Biz artıq xəbər vermişik ki, ötən bazar günü Çingiz Qacarın Ələsgər Ələkbərov küçəsi 507/511 ünvanında yerləşən mənzilindən içində 60 min dollar və ZK işarəli gümüş ev əşyalarının olduğu seyf oğurlanmışdı. 

Çəkisi 30-40 kq-ya çatan seyf Çingiz Qacarın iş kabinetindəki masanın üzərində olub.

Lent.az- Vesti.Az-a istinadən xəbər verir ki, 84 yaşlı akademik seyfin nə zaman oğrulandığını söyləməkdə çətinlik çəkir.

“Mən olmayanda kabinetimin qapısı həmişə açarla bağlı olur. Evdə olarkən demək olar ki, bütün vaxtımı kabinetdə keçirirəm. Yəqin oğurluq mən hamam otağına keçərkən törədilib. Ya da oğru açarseçmə üsulu ilə qapını açıb və seyfi oğurlayıb” – zərərçəkmiş qeyd edib.

Xatırladaq ki, akademikin həyat yoldaşı iki dəfə insult keçirib və nəticədə iflic olub, danışa bilmir. Əri ona qulluq etmək üçün xəstə baxıcısı tutub. Evin qulluqçusu və xəstə baxıcıları öz qrafiklərini özlərini tənzimləyir və növbə ilə işə çıxırmışlar. Buna görə də, oğurluğun kimin növbəsində törədildiyini söyləmək çətin olub.

Hamı şübhə altında olsa da, Çingiz Qacar konkret şəxsi ittiham edə bilməyib.

Bu arada isə əməliyyatçılar xəstə baxıcılarından alınmış informasiyanın nəticələrini yoxlamağa başlayıblar. Nəticə özünü çox gözlətməyib.

1 gün ərzində Bakı sakini, 1983-cü il təvəllüdlü Abbasova Nərmin Şaiq qızı özünə maşın, geyim alıb, borclarını qaytarıb. Abbasova Nərmin Çingiz Qacarın tutduğu xəstə baxıcılarından biridir. Onun digər həmkarlarının həyatında həmin dövrdə qeyri-adi heç bir şey baş verməyib, yəni, onlar böyük məbləğdə pul xərcləməyiblər.

Təbii ki, əməliyyatçılarda ilk yaranan sual belə oldu: “Abbasovada avtomobil almaq və borcları qaytarmaq üçün pul hardandır?”. 

İstintaq zamanı aydın olub ki, oğurluğu məhz bu qadın törədib. Axı akademik daha çox ona etibar edirmiş.

Bu arada, hər şey belə baş verib. Nərmin Abbasova oğruluğu əvvəlcədən planlaşdırıb. Təxminən keçən həftənin çərşənbə axşamı Abbasova Çingiz Qacarın yanına daxil olaraq, həyat yoldaşının özünü pis hiss etdiyini deyib. O, alimdən arvadı ilə əyləşməyi xahiş edib ki, özü guya dərman almağa getsin. Heç bir şeydən şübhələnməyən Ç.Qacar həyat yoldaşının otağına daxil olub və orada gözləməyə başlayıb. 

Bu arada xəstə baxıcısı kabinetə daxil olaraq, ağır seyfi oradan çıxarıb. O, seyfi zibil atmaq üçün nəzərdə tutulmuş qara polietilen paketə yerləşdirib və qapının arxasına, pilləkən meydançasına qoyub. Sonra isə Ç.Qacarın olduğu otağa daxil olub və hər şeyin qaydasında olduğunu bildirib: “Mən zəruri olan hər bir şeyi aldım, hər şey qaydasındadır”.

Yalnız bir neçə gündən sonra akademikin gözü seyfin dayandığı yerə sataşıb.

Çingiz Qacarın sözlərinə görə, polislər seyfi və ailəsinə məxsus gümüş əşyaları aşkarlayıblar. Lakin pulların böyük bir hissəsi xərclənibmiş. Əməliyyatçılar maşını sahibinə qaytararaq, pulu geri alıblar. İndi polislər Abbasovanın borc qismində ödədiyi pulları geri almağa çalışırlar. 

“Allaha şükür hər şey yoluna düşdü. Yoxsa hamı gərgin vəziyyətdə gəzirdi, digər xəstə baxıcıları şübhədən kənarda olduqlarına çox sevindilər. Ən əsası isə mənim qızım araşdırmaya başlayanda, Abbasovanın rəfiqələrindən öyrənib ki, o, maşın alıb və borclarını qaytarıb” – akademik deyir.

Ç.Qacar Abbasovanı bağışladığını deyir: 

“O, diz üstə çökdü, əllərimi öpərək, onu bağışlamağımı xahiş etdi. Düşünürəm ki, onu şeytan azdırıb. Mənim ona yazığım gəlir, axı onun gözəl bir oğlu böyüyür” – deyə, akademik bildirib. (OXU.AZ)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2051
avatar

Oxşar yazılar