Ağsuda maşın, Salyanda ev yandı
15 iyul 2016 05:18 (UTC +04:00)

Ağsuda maşın, Salyanda ev yandı

0

Ağsu şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Daha bir yanğın hadisəsi Salyan şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar