Ağstafada silahlı şəxslər fermaya basqın etdi
08 fevral 2016 12:14 (UTC +04:00)

Ağstafada silahlı şəxslər fermaya basqın etdi

0

Ağstafada fermaya silahlı basqın olub.

 

Bu barədə APA-ya zərərçəkən sahibkar İsrafil Abdullayev məlumat verib.

 

Onun sözlərinə görə, fevralın 3-də gecə saatlarında avtomatlı və maskalı 4 nəfər atlı ona məxsus fermaya basqın edib. Maskalı şəxslər fermada olan çobanlar – 1970-ci il təvəllüdlü Qabil Məmmədov və 1986-cı il təvəllüdlü Ayaz Abdıyevi otağa salaraq qapını arxadan bağlayıb, 40 baş iri və xırda buynuzlu heyvanı aparıblar.

 

Sahibkarın dediyinə görə, hadisə baş verən günün səhəri çobanlarla birgə heyvanların izinə düşüblər: “Heyvanların ayaq izləri bizi Gürcüstan sərhədinə apardı. Belə məlum olur ki, oğurlanan mal-qaranı Gürcüstana keçiriblər”.

 

İ. Abdullayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanlarına, həmçinin Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Ağstafa rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar