Ağstafa sakinindən 8 kilo narkotik maddə götürülüb
12 avqust 2016 11:55 (UTC +04:00)

Ağstafa sakinindən 8 kilo narkotik maddə götürülüb

0

Ağstafa rayon sakinində narkotik vasitə aşkarlanıb.

 

Lent.az-ın DİN-ə istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağkəsəmən kənd sakini Novruz Eyyubovun həyətyanı sahəsinə baxış zamanı ümumi çəkisi 7 kiloqram 250 qram olan 5 ədəd çətənə kolu, 405 qram marixuana,  5 qram həşiş və 50 qram çətənə toxumu aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar