Bakıda əcnəbilərin qənimi tutulub
12 sentyabr 2014 13:12 (UTC +04:00)

Bakıda əcnəbilərin qənimi tutulub

0

Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sentyabrın 10-da İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev Səbail Rayon Polis İdarəsi 9-cu polis bölməsinə gətirilib.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində V.Babayevin bu ilin iyul ayında İtaliya vətəndaşı Bariaççi Simone Sergtonun Zərgərpalan küçəsində yaşadığı evə, avqust ayında isə Ukrayna vətəndaşı Valeriya Skripniçenkonun Neftçilər prospektindəki evinə qonşuya su axıtması adı ilə girib 300 manat və 50 avro, habelə sənədlər olan pul kisəsini, sonuncunun isə 300 manatını oğurlaması müəyyən edilib.

 

Səbail Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1016

Oxşar yazılar