Ağırçəkili adam çarpayıdan necə yıxıldısa, köməyinə FHN gəldi
Xətai rayonunda köməksiz vətəndaşa FHN yardım edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
715