"Yol qırğını" daha 3 can aldı
28 iyun 2019 10:33 (UTC +04:00)

"Yol qırğını" daha 3 can aldı

0
Respublikanın daxili işlər orqanları iyunun 27-də törədilən 29 cinayətin üstünü “isti izlər”lə açıb.
 
   
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması da təmin olunub.  
 
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar