Ağdaş rayonu, Qaradağlı kəndində vətəndaşa məxsus yeməkxanada yanğın baş verib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi sahəsi 120 kv.m olan yeməkxananın mətbəxində markası məlum olmayan soyuducu və kassa aparatı yanıb. Yeməkxana yanğından mühafizə olunub.
Yanğın saat 07:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.