Ağdaşda velosiped sürən 8-ci sinif şagirdini maşın vurub
29 avqust 2014 21:36 (UTC +04:00)

Ağdaşda velosiped sürən 8-ci sinif şagirdini maşın vurub

0

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib

 

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün axşam saat 17:30 radələrində Ləki-Xınaxlı avtomobil yolunun 8-ci kilometrliyində, Adab kəndi ərazisində qeydə alınıb. Rayonun Ağzıbir kənd sakini 1986-cı il təvəllüdlü Ədilov Mahir İbeydə oğlu idarə etdiyi 99-BF-932 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını ilə hərəkətdə olarkən yolu velosipedlə keçən Abad kənd sakini 2001-ci il təvəllüdlü Abdulkərimov Rəmzi Əfqan oğlunu vurub. Abad kənd orta məktəbinin 8-ci sinif şagirdi Rəmzi Abdulkərimov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 952

Oxşar yazılar